Salam hörmətli Dost!

             Sən mövcud peşələr içərisindən ən humanist və aktual olan tibbi seçməklə məsuliyyətli və vacib bir addım atmısan. Çünki bu sənət insana ən qiymətli olan sağlamlıq və həyat bəxş edir. Artıq sənin qarşında tibb aləminin qapıları açılmışdır. İndi səndən,sənin biliyindən,bacarığından və səriştəndən təkcə öz taleyin deyil,həm də sənin gələcək xəstələrinin sağlamlığı və bəzən də həyatları asılı olacaqdır. Bunu heç vaxt unutma !

      Kollecə daxil olmaq-bu hələlik tibb elminə atılan ilk addımdır. Sən ömrünün sonunadək əyninə ağ xalat geyinərək mərhəmət və fədakarlıq adlanan iki ağapapaq  qanad üzərində uçan bir sənətlə həmişə fəxr edəcəksən. Çünki ağ xalat- tibb fədaisinin əsləhəsi,onun nüfüzunun ayrılmaz hissəsidir, vəzifəyə sədaqətin və həmişə yardıma hazır olma kimi saf niyyətin rəmzidir. Ağ rəng ilahi saflığın və yüksək etimadın rəngidir.

                                                                         Lənkəran Tibb Kollecinin direktoru,

tibb elmləri namizədi, dosent İqbal  Əmənullayev


  • Son yazılar

  • Faydalı Saytlar