Lənkəran Tibb kollecində İqbal Əmənullayevin “Alın yazısından verək imtahan” adlı kitabının təqdimati oldu.

Lənkəran Tibb kollecində İqbal Əmənullayevin “Alın yazısından verək imtahan” adlı kitabının təqdimati oldu.
Kollecin direktoru İqbal müəllimin çoxşaxəli fəaliyyətindən əksər insanlar xəbərdardır. O, tanınmış uşaq cərrahıdır, istedadlı alimdir, jurnalistdir, publisistdir, bacarıqlı təhsil mütəxəssisidir. Onun “Tibb bacısının ümumcərrahi vərdiş-ləri” adlı dərsliyi, “Tibbi biliklərin əsasları” adlı dərs vəsaiti, “Onu zərurət yaratdı” və “Təhsil fədaisi” adlı tarixi-etnoqrafik oçerk-ləri müxtəlif illərdə nəşr olunmuşdur. Uzun illər “CTV” regional telekanalında “Cansağ-lığı” elmi kütləvi sağlamlıq proqramının müəllifi və aparıcısı olmuş və 400-dək verilişi efir üzü görmüşdür. Onun “Günün ağrısı” rubrikası altında yazdığı “Dərman zə-hərdir, zəhəri dərman edən onun dozası-dır”,”Həkim fəaliyyətinə sui-qəsd və ya xəstə reketliyi”,“Aparat xəstəliyi və ya klinik tə-fəkkürü yoxsullaşdırmağa doğru aparan yol”,“Danılmaz həqiqət və ya əbədi yaşamağa layiq olan ömür” və s. sərlövhəli məqalələri geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
Lakin, bu dəfə İqbal müəllim, Sizin qarşınıza bir şair kimi çıxır. Dəqiq imzası ilə yazdığı şeir nümunələrini oxuduqca görəcəksiniz ki, onun bədii təxəyyülü, lirik-fəsəfi düşüncələri o qədər dərin, təbii və təsirlidir ki, onlardan aldığın təəssürat bir oxucu kimi uzun müddət səni tərk etmir.

  • Son yazılar

  • Faydalı Saytlar