Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş , Bilik yarışının final oyunu keçirildi.

Bu gün Lənkəran Tibb Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş , “Vətən dünənki yaralarımız, bügünki səadətimizdir” adlı Bilik yarışının final oyunu keçirildi.Yarışın final oyunu Tibb bacısı işinin 323, 316 və 314 qrupları  arasında keçirilirdi. Yarışda 323-cü qrup tələbələri I yer, 314-cü qrup tələbələri II yer, 316-cı qrup tələbələri III yerə laiq görüldü.  Sonda Zərifə Əliyevanın 95-ci il dönümünə həsr olunmuş “Qaranlığa nur saçan zəka” adlı fənlər arası olinpiyada qalibləri və Azərbaycan Xalq Cümhuriyyətin yaranmasının 100 illiyinə həsr olunmuş idmanın Voleybol növü üzrə oğlanlar arasında ” Qələbədir bizi ucaldan! ” adlı yarışının qalibləri həmçinin Ümummilli lider Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş “Yarış meydanı cəsurları sevir!” adlı qızlar  arasında Voleybol yarışının qalibləridə diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

 

 

 

 

  • Son yazılar

  • Faydalı Saytlar