29.06.2018-ci ildə Lənkəran Tibb Kollecində Məzun Günü keçirildi.

Lənkəran Tibb Kollecində növbəti Məzun Günü keçirildi.
Tədbirdə Lənkəran Tibb Kollecinin direktoru,dosent İqbal Əmənullayev , kollecin tələbə-müəllim heyəti ilə yanaşı, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbiri Kollecin direktoru İqbal Əmənullayev açaraq məzun olan gəncləri təbrik edib, onlara gələcək karyeralarında uğurlar, şərəflə tibb işçisi adını daşımağı, daim vətəndaşlarımızın sağlamlığının keşiyində durmağı arzulayıb.Direktor daha sonra Məzun gününə toplaşan qonaqlara bu ilki məzun günü bir nəçə əlamətdar hadisə ilə yadda qaldığını bildirib beləki , bu ilki məzunlar ilk dəfə olaraq kollecimizdə kredit sistemiylə təhsil alan tələbələrin buraxiliş günü qeyd edilir, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə təsadüf edir. Bu tarixi yaddaş kimi yaddaşınızda qalacaqdır

Kollecimizin 47 yaşlı tələbəsi Mahmudova Zəkiyyə çıxış edərək oxumağın, savadlı olmağın her vaxt mümkün olmasından danışdı . Sonda tələbə yoldaşlarına uğurlar arzuladı. Sonra digər tələbə və müəllimlər öz xoş arzularını səsləndirdilər.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra məzunlar Tibb işçisinin peşə andını içərək xalqımızın sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz verdilər.

Tədbir Tələbələrin rəqs və musiqiləriylə davam etdirildi.

 

  • Son yazılar

  • Faydalı Saytlar