Avqustun 24-dən etibarən Lənkəran Tibb Kollecinin tələbəsi adını yeni qazanmış gənclərin qeydiyyatına start verilib

Avqustun 24-dən etibarən Lənkəran Tibb Kollecinin tələbəsi adını yeni qazanmış gənclərin qeydiyyatına start verilib. 2018/2019-cu tədris ilində birinci kurs tələbəsi olacaq şəxslər tələb olunan sənədləri təqdim edərək qəbul olunduqları fakültələr üzrə qeydiyyata düşürlər. Respublikanın müxtəlif rayonlarından gəlmiş tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. İşçi qrup kollecə qəbul olunmuş tələbələrin qanun çərçivəsində qeydiyyata alınmalarına və sənədləşmənin düzgün aparılmasına nəzarət edir. Qeydiyyat Avqust ayının 30-na qədər aparılacaq.

  • Son yazılar

  • Faydalı Saytlar