Bilik günü münasibəti ilə “Ağ xalat” Bayramı qeyd olundu.

Bu gün Lənkəran Tibb Kollecində  Bilik günü münasibəti ilə “Ağ xalat” Bayramı qeyd olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Tədbirde kollecimizin tələbələri öz bilik və bacarıqlarını böyük səylə nümayiş etdilər. Tədbirin sonunda yeni tələbələr kollecdə olan qaydalarla taniş oldular sonra isə kollecin direktoru İqbal Əmənullayev valideynlərlə görüş keçiritdi. İqbal Əmənullayev “Bilik günü” və yeni tədris ilinin başlaması münasibətilə müəllim-tələbə heyətini, valideynləri təbrik etdi. Bu il tələbə adını qazanan gənclərə müvəffəqiyyətlər dilədi. O, Azərbaycan təhsilinin inkişafından, dövlətin bu sahəyə göstərdiyi diqqətdən söz açdı.Sevindirici haldır ki, tibb sahəsi bütün dünyada olduğu kimi, Azərbaycanda da daim inkişafdadır. Bu şərəfli yolda hər birinizə uğurlar diləyirəm. Sizə tövsiyyə edirəm ki, yaxşı oxumaqla yanaşı, kollecin sosial həyatında da fəal iştirak edəsiniz. Sonra isə Valideynləri kollecdə yaradılan şəraitlə tanış etdi, onların üzərinə düşən məsuliyyəti xatırlatdı.Tələbələrin gələcəkdə cəmiyyətdə özlərinə yer tutamaları və peşələrinə yiyələnmələri üçün birlikdə işləməyi təklif etdi.   

  • Son yazılar

  • Faydalı Saytlar