Lənkəran Tibb Kollecində diplomların təqdim olunması mərasimi keçirilib.

Sentabrın 28-də Lənkəran Tibb Kollecində diplomların təqdim olunması mərasimi keçirilib. Mərasimdə  məzunlar,valideynlər, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kolleci  Tibb bacısının işi  ixtisası üzrə 88 nəfər, Mamalıq işi ixtisası üzrə 38 nəfər, Müalicə işi ixtisası üzrə isə 32 nəfər bitirib.
Mərasimdə çıxış edənlər gənclərə müstəqil həyat yollarında, qazandıqları sənət sahəsində uğurlar arzulayıblar.
Sonda məzunlara bitirdikləri ixtisaslar üzrə diplomlar təqdim olunub.
Qeyd edək ki, kollecdə 3 ixtisas üzrə 512 nəfər tələbə təhsil alır. Fəaliyyətə başladığı dövrdən bu günə kimi peşəkar tibb işçisi hazırlığı yüksək səviyyədə həyata keçirilir, tədrisin müasir tələblərə uyğun qurulmasına nail olunub.

  • Son yazılar

  • Faydalı Saytlar