Direktor

        Əmənulayev  İqbal Qabil oğlu 1963-cü il mayın 8-də Lerik rayonunun Azərbaycan (indiki Günəşli) kəndində anadan olmuşdur. İ.Əmənullayev 1987-ci  ildə  Azərbaycan  Dövlət  Tibb  Universitetinin Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.  2000-ci ildə M.Topçubaşov adına Elmi tədqiqat Eksperimental Cərrahiyyə İnstitunda indiki (Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzi) namizədlik disertasiyasını müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. 2011-ci ildə ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir. 1988-1997-ci illərdə Lənkəran şəhər Uşaq poliklinikasında və 1989-cu ildən bu günə kimi  Lənkəran MRX-nın uşaq cərrahlığı şöbəsində cərrah kimi əmək fəaliyyəti göstərir. Regionun yeganə uşaq cərrahı kimi rayonun, eləcə də ətraf rayonların uşaq əhalisinə göstərdiyi çoxillik qüsursuz tibbi xidmətinə görə 2009-2013-cü illərdə İcra hakimiyyətinin Fəxri Fərmanlarına layiq görülmüşdür. Uşaqlarda geniş spektirli cərrahi əməliyyatlar aparır və dərin yanıqların müalicəsi üzrə bir səmərələşdirici təklifin müəllifidir. 1993-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında hərbi hissənin tibb xidməti rəisi olmuşdur.1999-2012-ci illərdə «CTV»  Regional telekanalında həftəlik «Cansağlığı» elmi-kütləvi verlişin müəllifi və aparıcısı kimi fəaliyyət göstərmişdir. Əhali arasında müxtəlif xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılmasında sanitar-maarifçilik işinin gücləndirilməsi, dövlətin səhiyyə ilə bağlı qəbul etdiyi qanunvericilik aktların təbliği və ölkə səhiyyəsində baş verən elmi nailiyyətlər, yenilik və islahatlarla əhalini tanış etmək məqəsilə 400-dən artıq informatik və maarifləndirici verlişi hazırlanmışdır. 2001-2012-ci illərdə Lənkəran Dövlət Universitetində baş müəllim vəzifəsində çalışmışdır.Lənkəran YAP-ın idarə heyəti üzvüdür. 2005və2018ci illərdə YAP-ın III və VI qurultayının nümayəndəsi olmuşdur. İ.Q.Əmənullayevin müxtəlif qəzet və jurnallarda çap olunmuş 30-dək elmi- publisistik  məqalənin, ali məktəblər üçün “Tibbi biliklərin əsasları” (2004) adlı bir dərs vəsaitinin, “Onu zərurət yaratdı” (2006,2016) və “Təhsil fədaisi” (2008) kitablarının,kolleclər üçün “Tibb bacısının ümumcərahi vərdişləri”(2016) adlı dərsliyin, iki metodiki tövsiyyənin, bir proqramın müəllifidir.  Ailəlidir. İki övladı var.

İqbal Qabil Oğlu Əmənullayevin dərc olunmuş elmi işlərinin siyahısı

1.Оперативная коррекция послеожоговых контрактур промежности у детей.Актуальный вопросы  хирургии ,анестезиологи и реаниматологии. Кишинев 1987 səh 104.

2. Морфологическая и гистохимическая характеристика течения глубоких ожого-вых ран у детей под воздействием магнитной индукации Azərbaycan tibb jurnalı, 1992,səhifə 47-51

3 .Dərman zəhərdir,zəhəri dərman edən onun dozasıdır. Qanun jurnalı, 1995, № 5-6

4. Uşaqlarda yanıqlar zamanı maqnitoterpiyanın effektivliyi. M.M.Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik kofransın materialları, Bakı şəh,  1997, səh 90

5. Uşaqların termiki zədələnmələri zamanı  mikrosirkulyasiyanın dəyişikliklərində maqnitoterapiyanın effektivliyi. “Sağlamlıq” jurnalı, Bakı şəh. 1998 ,№ 4, səh 9-11

6. Yenidoğulmuşlarda boğulmuş qasıq-xaya dəbəliyinin nadir fəsadı. “Sağlamlıq” jurnalı, Bakı şəh 1998, № 7 səhifə 20-21

7. Uşaqlarda yanıq yaralarının maqnitoterapiyasının mikrobioloji aspektləri. “Sağlamlıq”  jurnalı, Bakı şəh, 1998, № 10,səh 7-9

8. Danılmaz həqiqət və ya əbədi yaşağa layiq olan ömür. Ekologiya,fəlsəfə,mədəniyyət elmi məqalələr məcmuəsi, 29-ci buraxılış, Bakı- 2001,səh 264-269

9. Uşaqlarda kriptorxizmin optimal surətdə aşkarlanması və başqa sistemlərdə verdiyi pozğunluqlara görə xəstəliyin erkən diaqnostikası. Müasir cərahiyyənin aktual problemləri, Bakı -2001, səhifə 148-151

10. Aşağı ətraflarda itmiş funksiyaların əməliyyatdan sonrakı bərpası ilə nəticələnən qişa-beyin formalı onurğa beyni yırtığının nadir təsadüfü.  Müasir cərrahiyyənin aktual problemləri, konfrans Bakı-2002, səhifə 123-125

11. Uşaqlarda yanıq yaralarının maqnitoterapiya üsulu. Şəhadətnamə № 335, 13 yanvar 1998 Bakı şəh

12. Tibbi biliklərin əsasları fənnindən təcrübi məşğələlər. Humanitar və pedoqoji ali məktəblərdə bakalavr pilləsi üçün   dərs vəsaiti. “Qismət” nəşriyatı , Bakı-2004

13. Onu zərurət yaratdı. Tibb məktəbinin 70 illik yubleyinə həsr olunmuş tarixi etnoqrafik oçerk . “Nurlan” nəşriyatı , Bakı-2006

14.İnformasiya-kommunikasiya və kompyuter  texnologiyalarının tibbi diaqnostikaya tətbiqi Regionların sosial iqtisadi inkişafında informasiya-kommunikasiya infrastrukturunun  formalaşması və idarə edilməsi.Beynəlxalq   elmi-praktiki konfransın materialları, Lənkəran,25 mart 2006 səhifə 95

15.İnsan anatomiyasından təcrübə dərslərinin keçirilməsinə dair metodiki tövsiyyələr. Bakı-2006, “Nurlan” nəşriyyatı

16.H.Əliyev və Azərbaycan Səhiyyəsinin uğurları.H.Əliyev irsi və Azərbaycanın müasir inkişafında İlham Əliyev mərhələsi.Beynəlxalq  elmi-praktik konfransın materialları, Lənkəran 23-24 dekabr 2006 səhifə 60

18.Uşaqlarda yanıq yarlarının müalicəsində müasir təsəvvürlər. “Sağlamlıq” jurnalı ,Bakı 2010 səhifə 172.

19.Təhsil fədaisi.  Bakı,  “Nurlan” nəşriyyat 2008

20.Yanıq yaralarında dərinin anatomik morfostruktur dəyişiklərinin hemodinamik pozğunluqlarla əlaqəsi. Lənkəran Dövlət Universitetinin elmi xəbərləri, Lənkəran 2010  səh 103

21.İnsan anatomiyası”  fənni üzrə proqram. Lənkəran Dövlət Universiteti, Ləkəran 2010

22.Tibb bacısının ümumcərrahi vərdişləri. Dərs  vəsaiti, Bakı “Ekoprint” Nəşriyyat, 2016   320 səhifə

23.Onu zərurət yaratdı. Tibb kollecinin 80 illik yubleyinə həsr olunmuş tarixi etnoqrafik oçerk . “Nurlan” nəşriyatı , Bakı-  Bakı Ekoprint Nəşriyyat 2016

24. Alın yazısından verək imtahan. Bakı, “Ecoprin”, 2018, 120 s.

  • Son yazılar

  • Faydalı Saytlar